Vatikanın gizli arxivlərindən gətirilən əlyazma və sənədlərin elektron kataloqu hazırlanacaq

Vatikanın gizli arxivlərindən gətirilən əlyazma və sənədlərin elektron kataloqu hazırlanacaq
15:06 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Vatikanın gizli arxivlərindən gətirilən əlyazma və sənədlərin elektron kataloqunu hazırlamaq niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu Vatikanın gizli arxivlərində Azərbaycanla bağlı 153 yeni tarixi sənəd və əlyazma aşkar edərək onların kataloqunu hazırlayıb. Növbəti mərhələdə bu arxivlərin elektron formatda hazırlanması və internetdə yerləşdirilməsi təmin ediləcək.
 
Bu planlar Kitabxana-İnformasiya Mərkəzlərinin əsas hissəsi olan universal kataloq sisteminin yaradılması layihəsi çərçivəsində həyata keçirilməlidir. Universal kataloq sistemi kitab, əlyazma, səsyazma, not, xəritə və digər informasiya formalarının vahid qaydalar əsasında işlənməsini nəzərdə tutur.
 
Ekspertlərin sözlərinə əsasən, qeyd edilən tədbirlərin görülməsi Azərbaycanın Dünya Kitabxana Sistemi zəncirində bir həlqəyə çevrilməsi üçün çox vacibdir. Əlaqələndirilmiş kataloq sistemi dedikdə Kitabxana-Resurs Mərkəzləri arasında biblioqrafik təsvirlərin mübadilə mümkünlüyü nəzərdə tutulur.
 
Müasir kitabxana MARC 21 standartına uyğun şəkildə fəaliyyət göstərməlidir. Bu standarta keçid müvafiq konvertasiya proqramlarından istifadə etməyə imkan verir, transliterasiya problemlərinin həll edilməsinə köməklik edir, fərqli formatların hər birinin konvertasiyasına fərdi yanaşmağa şərait yaradır.
 
Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributuna və dəyərli informasiya mənbəyinə çevrilir.
 
Aynur  Vəliyeva

 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38101-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR