x
Loading...

"Atletiko Madrid" 200 milyon "yox" dedi

"Atletiko Madrid" 200 milyon "yox" dedi
15:06 7 Avqust 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko Madrid" 200 milyon avronu rədd etdi. ANS PRESS-in məlumatına görə, türk oyunçu Arda Turanı 41 milyon avroya "Barselona"ya satan "Atletiko Madrid" digər futbolçuları üçün toplam 200 milyon avroluq təklifləri qəbul etməyib.

"Atletiko Madrid"in açar oyunçusu Koke üçün "Bavariya" 65 milyon, PSG Griezman üçün 60, "Mançestr Siti" Godinə 40, "Mançestr Yunayted" isə Jan Oblak üçün 35 milyon avro təklf edib.

Liqada "Real Madrid" və "Barselona" ilə birlikdə çempionluq uğrunda mübarizə hədəfində olan "Atletiko" heyətini yenidən nəzərdən keçirir.

Mario Suarezi "Fiorentina", Arda Turanı "Barselona", Joao Mirandayı "İnter"ə, Mario Mandzukiki "Juventus"a satan klub gedən oyunçuların yerini yeniləri ilə doldurub.

Klubun yeni simaları "Monako"dan Karrasko, "Poto"dan Jackson Martinez, Vietto, "Fiorentina"dan Stefan Savik olub.

"Atletiko Madrid"in transfer tələblərinin böyük qismini rədd etdiyi bu mövsümdə əsas istəyi isə La Liqada çempion adını qazanmaqdır.


Koke


Griezmann

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR