Rus polisi öldürən azərbaycanlıya hökm oxundu (VİDEO)

Rus polisi öldürən azərbaycanlıya hökm oxundu (VİDEO)
14:26 26 Yanvar 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Nijni Novqorod şəhərində təcrübədə olan polis işçisini öldürmüş 28 yaşlı azərbaycanlı gəncə hökm oxunub.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı stajçı polisi öldürdüyünü özü etiraf etmiş Əlsə ilkin olaraq 2 ay ilkin həbs kəsilib və o, məhkəməyə qədər cəza müəssisəsinə göndərilib.

Bu barədə bu gün material yerləşdirmiş Rusiya mətbuatı onun evdə iki azyaşlı övladının qaldığını qeyd edir. Rus mətbuatı həm də xatırladıb ki, gənc azərbaycanlı rus polisi öldürmək istəmədiyini, təsadüfən bu vəziyyətin alındığını deyib.

Yanvarın 15-də axşam saat 8-də baş vermiş hadisə zamanı azərbaycanlı gənc idarə etdiyi avtomobillə qəza şəraiti yaradıb. Üç nəfər piyada bununla bağlı ona ağır sözlər deyiblər. Azərbaycanlı gənc avtomobildən endikdən sonra dava düşüb və o, 21 yaşlı rus gənci bıçaqlayıb. Polisdə işləyən rus gənc hadisə yerində keçinib.

Yanvarın 22-də 28 yaşlı azərbaycanlı polisə təslim olub.




Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR