"Azəriqaz" iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb

"Azəriqaz" iyulda 5 mindən çox yeni abonenti qeydiyyata alıb
16:07 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 007 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 307-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 3 700-ü isə regionların payına düşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Həmin dövrdə əhali sektoru üzrə 65,183 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 132% vəsait toplanıb.
Qeyd edək ki, avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 197 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 326 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azeriqaz-iyulda-5-minden-cox-yeni-abonenti-qeydiyyata-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR