Bakı, 7 avqust, AZƏRTAC
“Google” və “Samsung” android telefonları haker hücumlarından qorumaq məqsədilə birgə əməliyyat sistemi yaratmaq üçün razılığa gələcəklər.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu sistem vasitəsilə bir milyarddan artıq smartfon istifadəçisi haker hücumlarından müdafiə olunacaq. Əməliyyat sistemindən təhlükəsizlik və hüquq mühafizə orqanlarında da istifadə olunacağı istisna edilmir.