Dövlətə 172 min manat cərimə ödənilib

Dövlətə 172 min manat cərimə ödənilib
16:16 7 Avqust 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin iyul ayında dövlət nəzarəti həyata keçirib. ANS PRESS-in nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, nəzarət zamanı ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

Aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. DƏMX aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib.

Cərimələrin ümumi məbləğinin 30 faizi (172 min 608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.

DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması nəticəsində iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2 faiz, ümumən cari ilin yanvar-iyul aylarında isə 12,5 faiz azalıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR