"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi pley-offda İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Digər təmsilçimiz "Qəbələ" isə "Panatinaikos"la münasibətlərinə aydınlıq gətirəcək:

"Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR