Bakıda silah alverçiləri saxlanılıblar

Bakıda silah alverçiləri saxlanılıblar
16:22 7 Avqust 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin əməkdaşları iki nəfər silah alverçisini tutublar.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədilə Neftçala rayon sakini Amil Heybətovdan aldığı müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/361469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR