Dünyanın ən kök anası arıqlayacaq - FOTO

Dünyanın ən kök anası arıqlayacaq - FOTO
14:27 26 Yanvar 2015
399 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən kök, tosqun anası kimi tanınan amerikalı Donna Simpson arıqlamaq, izafi çəkidən qurtulmaq qərarına gəlib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, bir neçə il sosial şəbəkədə populyarlaşan və daha da kökəlməsi üçün təqibçilərinin tələblərini nəzərə alan D.Simpson bu minvalla ildə 90 min dollar gəlir əldə edirdi. Amma sonucda o, kökələrək 317 kq çəkiyə çatdı.
 
Qadının dediyinə görə, kökəlməsinin səbəblərindən biri də iki övladından birinin atası olan sevgilisi, qaradərili Filipp Qumbadan ayrılması və bununla bağlı depressiya idi.
 
Simpson çəkisini 457 kiloqrama çatdırmaq istəyirdi. 44 yaşlı Donna gündə 15 min kalori miqdarında yemək yeyirdi və "prosesi" izləmək istəyənlərə saytında 20 dollar ödəməyi təklif edirdi.
 
Həftədə 750 dolları yeməyə xərcləyən Donna saytında "Kök, tosqun Donnaya son dəfə baxın" yazıb və bundan sonra arıqlamağa başlayacağını bildirib.
 
Milli.Az
 
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR