x
Loading...

​Gürcüstan səfiri: "Bakı-Supsa kəməri ilə bağlı məsələ həllini tapıb"

​Gürcüstan səfiri: "Bakı-Supsa kəməri ilə bağlı məsələ həllini tapıb"
15:37 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ "Hazırda Bakı-Supsa boru kəməri ilə bağlı məsələ həllini tapıb".
"Report" xəbər verir ki, bunu kəmərin bir hissəsinə separatçı Cənubi Osetiya tərəfinin nəzarət etməsi məsələsini şərh edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə bildirib.
T.Şaraşenidze qeyd edib ki, Cənubi Osetiya sərhəd xəttini göstərən banneri süni şəkildə irəli aparıb geri çəkir: "Bildiyimə görə, banneri yenidən geri qaytarıblar. Bu münasibətlərimizin, xüsusilə də Azərbaycanla əlaqələrimizin inkişafını istəməyənlərin təxribat əməlləridir".
Diplomat ümidvar olduğunu bildirib ki, belə təxribatlar ikitərəfli münasibətlərin səviyyəsinə mənfi təsir etməyəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gurcustan-sefiri-baki-supsa-kemeri-ile-bagli-mesele-hellini-tapib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR