​Azərbaycanda problemli kreditlərin payı bu il 1,1 faiz bəndi artıb

​Azərbaycanda problemli kreditlərin payı bu il 1,1 faiz bəndi artıb
16:37 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanda vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 6,6%-ə yüksələrək 2015-ci il iyulun 1-nə nominal ifadədə 1 338,7 mln. manat təşkil edib.
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Qeyd edək ki, bu ilin iyunun 1-nə bu göstərici 6,4%-ə bərabər olub. İlin əvvəlində isə vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə payı 5,3% olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-problemli-kreditlerin-payi-bu-il-1-1-faiz-bendi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR