"Qarabağ" və "Qəbələ"nin rəqibi bilindi (FOTO)

"Qarabağ" və "Qəbələ"nin rəqibi bilindi (FOTO)
16:46 7 Avqust 2015
258 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Püşkatma mərasimdə 44 komanda iştirak edib. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olub.

Azərbaycanı bu mərhələdə iki komanda - "Qarabağ""Qəbələ" təmsil edib. "Qəbələ" "Apollon" səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Seltik"ə uduzan "Qarabağ" da mübarizəni pley-off mərhələsində aparacaq.


"Qəbələ" futbol klubu
İndi hər iki klubumuzun rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi pley-off mərhələsində İsveçrənin "Yanq Boyz", "Qəbələ" isə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.

"Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

“Panatinaikos” (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)

Həmçinin oxuyun:
Kiprlilərdən Azərbaycana böyük hörmətsizlik
"Cavidi o qədər çox istəyirəm ki..."
"Qəbələ"nin oyununda yaralanan azarkeş xəstəxanaya çağrıldı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR