x
Loading...

Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır

Bakının iki böyük prospektini birləşdirən yolda yeni asfaltın döşənməsinə başlanılır
15:47 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ Bakı şəhərinin iki böyük prospekti - Nobel və Babək prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində təmir işləri davam etdirilir. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilən quyular bərpa olunur, köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, hazır vəziyyətə gətirilir.
Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, indi səth sularının normal kənarlaşması üçün yağış-kanalizasiya sistemi qurulur və bundan sonra yağış barmaqlıqları quraşdırılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakinin-iki-boyuk-prospektini-birlesdiren-yolda-yeni-asfaltin-dosenmesine-baslanilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR