"Zibilxanadan tapdığını" satıb varlanacaqdı... - VİDEO

"Zibilxanadan tapdığını" satıb varlanacaqdı... - VİDEO
16:52 7 Avqust 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qram tiryək aşkar edilərək götürülüb. 

Şöbədə ilkin istintaq zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib: "Zibilxanadan tapmışam. Satmaq üçün Salyana gətirdim, o da alınmadı".

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/361465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR