​Gürcüstanın Azərbaycandakı səfiri: "Cənubi Qafqazda münaqişələrin həlli dinc yolla həyata keçirilməlidir"

​Gürcüstanın Azərbaycandakı səfiri: "Cənubi Qafqazda münaqişələrin həlli dinc yolla həyata keçirilməlidir"
17:02 7 Avqust 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 avqust. REPORT.AZ/ "Cənubi Qafqazda baş verən münaqişələrin həlli dinc yolla həyata keçirilməlidir".
"Report" xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz kimi kiçik bir ərazidə qan tökməyin nəticələri Gürcüstanın hazırda üzərində hiss etdiyi xoşagəlməz sonluğa gətirib çıxara bilər.
Səfir, həmçinin Abxaziya dəmir yolunun açılması məsələsinə də toxunub.
Onun sözlərinə görə, bu məsələ heç kimlə müzakirə olunmayıb və heç kimlə də müzakirə olunmayacaq, çünki, bu dəmir yolunun siyasi motivləri də mövcüddur.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/gurcustanin-azerbaycandaki-sefiri-cenubi-qafqazda-munaqiselerin-helli-dinc-yolla-heyata-kecirilme

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR