PKK yenə hücuma keçdi, 4 ölü

PKK yenə hücuma keçdi, 4 ölü
17:06 7 Avqust 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı üzvləri arasında atışma başlayıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, PKK tərəfdarları polisin ara küçələrə keçidinə mane olmaq istəyiblər. Silahlı qarşıdurma zamanı 3 nəfər ölüb, bir polis isə ağır yaralanıb.

Polis bu gün səhər saatlarında Silopininin iki məhləsində PKK-nın gənclik qolu olan Yurtsevər İnqilabçı Gənclik Hərəkatı (YDG-H) üzvlərininq azdıqları xəndəkləri bağlamaq üçün zirehli maşın və traktorlarla adıçəkilən əraziyə gedib. Lakin təhlükəsizlik qüvvələri iriçaplı silahlardan atəə məruz qalıblar. Polis cavab atəşi açıb.

Qarşıdurma 4 saata yaxın davam edib. Atılan raketlərdən biri zirehli maşına dəyib. Ölənlərin və yaralıların cənazələri Silop dövlət xəstəxanasına aparılıb. Xəstəxanada yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Adıçəkilən əraziyə əlavə qüvvələr göndərilib. Vəziyyətə havadan helikopterlərlə nəzarət edilir.

"İhlas" xəbər agnetliyinin yaydığı məlumata görə, Ağrının Doğubayazıt rayonunda da silahlı insident baş verib. PKK terrorçuları Tendürek keçidində yol kəsərək 5 TIR-a od vurubar. Bundan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb. İlkin məlumata görə, Türkiyə bir şəhid verib.

Rayonda qaçan terrorçuların yaxalanması üçün havadan və qurudan əməliyyat başlayıb.

Səhər saatlarında isə terrorçular İrana məxsus dövlət nömrə nişanlı avtobusa hücum ediblər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR