Əlil arabası istifadəçiləri arasında boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirib

Əlil arabası istifadəçiləri arasında boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirib
17:08 7 Avqust 2015
106 İdman
Ölkə mətbuatı
A- A+


Baki, 7 Avqust, Elşad Qəzvini, AZƏRTAC
Avqustun 7-də “Əlil İdmançılara Dəstək” İctimai Birliyi Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK), Boulinq Federasiyasının və “AAAF Park” yaşayış kompleksinin təşkilatı dəstəyi ilə “Biz hər şeyə qadirik” layihəsi çərçivəsində əlil arabası istifadəçiləri arasında boulinq üzrə üçüncü açıq ölkə çempionatı keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə Bakı Əyləncə Mərkəzində təşkil olunan yarışda AMPK-nın idmançıları, müxtəlif turnirlərin qalibləri və ilk dəfə olaraq Ukraynanın “AİK” təşkilatından olan atletlər iştirak ediblər.
İctimai Birliyin sədri Kamal Məmmədov və AMPK-nın prezidenti İlqar Rəhimov çempionatın açılışında çıxış edərək belə yarışların məhdudiyyətli insanların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olduqlarını, onların həyat eşqini və yüksək iradəyə malik olduqlarını ictimaiyyətin diqqətinə çatdırmaq xarakteri daşıdığını bildirib.
Sonra çempionata start verilib. Ümumilikdə 14 kişi və 7 qadın idmançının mübarizəsi nəticəsində üçüncü açıq Azərbaycan çempionatının qalıbləri müəyyənləşib. Qadınların yarışında birinci yerə Gülnaz Hidayətova layiq görülüb. Ukraynalı Mariya Nikitina və təmsilçimiz Azadə Abdullayeva 2-3-cü yerləri bölüşdürüblər.
Kişilər arasında isə birinci yeri Amid Qasımbəyov tutub. İkinci və üçüncü yerləri isə Faiq Əsədullayev və Ukrayna təmsilçisi Dmitri Şebetyuk bölüşdürüblər.
Xatırladaq ki, yaxın illərdə Azərbaycanda bu sahədə beynəlxalq turnirin keçirilməsi də planlaşdırılır.










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alil_arabasi_istifadechileri_arasinda_boulinq_uzre_uchuncu_achiq_olke_chempionati_kechirib-876098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR