Təhsil naziri Kürdəmirdə vətəndaşı qəbul edib

14:32 26 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:30 ]


Kürdəmir. Zahid Abışov - APA. Təhsil naziri Mikayıl Cabbarov Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan bir qrup vətəndaşı qəbul edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda müraciətlər əsasən yeni məktəblərin tikintisi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, işə düzəlmə, tədris müəssisələrində yaş həddi, iş yerinə bərpa olunma, dərs saatlarının artırılması, təhsil haqqında sənədlərin tanınması, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olub.

 

Müraciətlərin bir çoxu elə yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyi səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Qəbulda 57 nəfər vətəndaşın müraciətinə baxılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR