De Xea "Tottenhem"ə qarşı oynamayacaq

"Mançester Yunayted"in qolkiperi David De Xea Premyer Liqanın ilk turu çərçivəsində "Tottenhem"lə oynanılacaq matçda meydana çıxmayacaq.

Metbuat.az-ın məlumatına görə, baş məşqçi Lui van Qal bu barədə açıqlama verib:

"O oynamayacaq. Hər şeydən əvvəl futbolçular da insandırlar. İkinci planda isə onlar oyunçu hesab olunurlar. De Xeada birinci hislər daha qabarıqdı.

Qapını kimə əmanət edəcəyimi dəqiqləşdirəcəyəm".

Xatırladaq ki, David De Xea daha öncə "Real"a keçmək istədiyini "Mançester Yunayted" rəhbərliyinə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR