Goranboyda meşə yanıb

Goranboyda meşə yanıb
17:24 7 Avqust 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 14 radələrində Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında naməlum səbəblərdən yanğın hadisəsi baş verib. 

 

Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın qısa müddət ərzində söndürülüb.

 

Qeyd edək ki, yanğın 50 sot ərazini əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR