"Mançester Yunayted"də forma nömrələri bəlli oldu (FOTO)

"Mançester Yunayted"də forma nömrələri müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın yeni transferi Memfis Depay Anxel Di Mariyadan boşalan 7 nömrəyə üstünlük verib. Qeyd edək ki, MY-da daha öncə Corc Best, Brayan Robson, Erik Kantona, Devid Bekhem və Kriştiano Ronaldo kimi əfsanəvi futbolçular 7 nömrəli forma altında çıxış ediblər.

Digər yeni transferlərdən Morqan Şnayderlin 28, Bastian Şvaynştayger 31, Matteo Darmian isə 36 nömrəli formanı seçib.

Bunlarla yanaşı, yeni mövsümdən etibarən Lyuk Şou 23, Maruan Fellayni isə 27 nömrəli formanı tərlədəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR