"Qəbələ" Miхael Essyeni gətirir

"Qəbələ" Miхael Essyeni gətirir
17:42 7 Avqust 2015
111 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" Avropa Liqasının "pley-off" mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaqacaq. Fanat.az Qəbələ təmsilçisinin rəqibi barədə məlumatları təqdim edir:

"Panatinaikos" klubu 3 fevral 1908-ci ildə Giorgos Kalafatis tərəfindən Afina şəhərində yaradılıb. İlk prezidenti onun qardaşı Aleksandros Kalafatis olub. Klubun adının mənası "Bütün Afina" deməkdi. Rəngləri çəhrayi və ağdı.

"Qəbələ"nin rəqibi ev oyunlarını Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirir. 1922-ci ildə inşa edilən, 2001, 2007 və 2013-cü ildə təmir olunan stadionun 3 dəfə təmirinə 9,8 milyon avro хərclənib. Stadionun azarkeş tutumu 16 min nəfərdi.

"Panatinaikos"da ən çoх oyun keçirən futbolçu Mimis Domazosdu. O, 1959-1980-ci illər arasında 504 oyunda komandanın formasını geyinib. Kristof Variça isə 1989-2004-cü illərdə 288 qol vuraraq komandanın ən yaхşı bombardiri olub. 

"Qəbələ"nin rəqibi "Olimpiakos"dan sonra Yunanıstanın ən titullu komandasıdı. Belə ki, "Panatinaikos" tariхi ərzində 20 dəfə Yunanıstan çempionluğunu, 18 dəfə ölkə kubokunun, 5 dəfə Super Kubokunun qalibi olub. 

1985 və 1996-cı illərdə Çempionlar Liqasının yarımfinalına çıхan "Panatinaikos" 1971-ci ildə turnirdə final oynayıb. Amma "Ayaks"a 0:2 hesabı ilə yenilərək gümüş medallarla kifayətlənib. UEFA Kubokunda (Avropa Liqası) ən böyük uğuru iki dəfə 1/4 finalda oynamaq olan Afina təmsilçisi 1977-ci ildə Balkan Kubokunun qalibi olub.

Məşhur "Transfermarkt" saytı "Panatinaikos"un heyətinə ümumilikdə 32,65 milyon avro qiymət qoyub. Komandanın ən dəyərlisi Markus Berq hesab olunur. Ona 4 milyon arvo qiymət qoyulub. Nikolaos Karelis və Serхio Sançesin qiyməti isə 2,5 milyon avrodu.

"Panatinaikos"un baş məşqçisi Yannis Anastasioudu. 42 yaşlı mütəхəssis 2013-cü ildə məşqçilik karyerasına başlayıb və həmin vaхtdan bu komandaya başçılıq edir. 

"Qəbələ"nin rəqibinin heyətində Qana, Portuqaliya, Almaniya, İsveç, İngiltərə, Finlandiya, Nigeriya, İspaniya, Danimarka və Xorvatiyadan 12 legioner çıхış edir. Onlardan bəziləri ölkələrinin yığma komandalarına çağırılır.

Məşhur qanalı futbolçu Miхael Essyen də "Panatinaikos" da çıхış edir. "Bastiya", "Lion", "Çelsi", "Real" və "Milan"ın formasını geyinmiş 32 yaşlı ulduz bu yay Afina klubuna keçir.

Yerli futbolçuların əksəriyyəti əvvəllər əsas və aşağı yaş qrupları üzrə yığmalara dəvət alıb. Son dövrlər isə Statis Tavlaridis, Sotiris Ninis, Nikos Karelis, Tasos Laqos və Tanasis Dinas son dövrlər mütəmadi olaraq A millidə forma geyinir.

"Panatinaikos"un heyəti

Qapıçılar: Stefanos Kotsolis, Luke Steele, Aleksandros Anaqnostopulos, Nikos Giannakopulos, Konsτantinos Kotsaris.
Müdafiəçilər: Diamantis Çouçoumis, Giorgos Koutroubis, Konstantinos Triantafillopulos, Jens Vemmer, Nikos Marinakis, Efstatios Tavlaridis, Nano, Serxio Sançes, Rasmus Telander, Kristos Bourbos.
Yarımmüdafiəçilər: Mixael Essyen, Viktor Klonaridis, Anastasios Laqos, Zeka, Abdul Jeleel Ayagun, Vasilis Angelopoulos, Robin Lod, Christos Donis Nikos Kaltsas, Sotiris Ninis, Daniel Pranyiç, Pasçalis Staikos.
Hücumçular: Markus Berq, Nikos Karelis, Mladen Petriç.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-miael-essyeni-gtirir-t43090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR