Ukraynanın Azərbaycandakı səfirliyi Mariupolda baş verən faciə ilə bağlı bəyanat yayıb

14:32 26 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:26 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynanın Azərbaycandakı səfirliyi yanvarın 24-də Mariupolda baş verən faciə ilə bağlı bəyanat yayıb.

 

Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, separatçıların Mariupolu atəşə tutması nəticəsində 30-a yaxın dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

 

Bu faciənin 13 yanvarda 12 dinc sakinin avtobusda mərmi atəşinə tuş gəldiyi hadisədən sonra Ukrayna üçün növbəti ağır zərbə olduğu qeyd olunur.

 

Bəyanatda Ukraynanın bütün sivil dünya ictimaiyyətini terror və təcavüzə qarşı mübarizə aparmağa, Azərbaycan, Gürcüstan, Moldova, bu gün də Ukraynanın ərazi bütövlüyünə səbəb olan keçmişdəki səhvlərin qarşısını almağa çağırdığı qeyd olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR