Əmrah Çəlikəl: "Yanq Boys" güclüdü, amma biz də zəif deyilik"

Əmrah Çəlikəl: "Yanq Boys" güclüdü, amma biz də zəif deyilik"
17:52 7 Avqust 2015
63 İdman
Ölkə mətbuatı
A- A+

"Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli "Yanq Boyz" da güclü komandadı". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.


Klub rəsmisi Avropa Liqasının püşkünü dəyərləndirib. O, "Qarabağ"ən da zəif komanda olmadığnı bildirib: "Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə baş tutması çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".


Qeyd edək ki, "Qarabağ" ilk oyununu Bernin 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də baş tutacaq. Bundan bir həftə sonra isə Bakıda cavab matçı keçiriləcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mrah-clikl-quotyanq-boysquot-gucludu-amma-biz-d-zif-deyilikquot-t43091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR