Xalq artisti: "Ömür boyu onunla küsülü qalacam"

Xalq artisti: "Ömür boyu onunla küsülü qalacam"
17:52 7 Avqust 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Həmidə Ömərova "Yeri gəlmişkən" verilişinə açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, aktrisa yaxın rəfiqəsi ilə küsməyinin səbəbini açıqlayıb:

"Məni tez-tez küsdürürlər. Bilirəm ki, bu zəiflikdir. Amma kompromisə getməyi bacarıram. Hamıya hər şeyi keçirəm. Anamı itirəndə bibisi zəng vurub, "Allah rəhmət eləsin" demədi. Ömür boyu onunla küsülü qalacam. Anamı itirəndə şoka düşmüşdüm. Həmin ərəfədə incidiyim digər insan rəfiqəm oldu. 40 illik rəfiqəm yanıma gəlmədi. Birinci cümə axşamında çağırdım, gəlmədi. İkinci həftə gəldi, yanıma yaxınlaşmadı. Məclisə gələn tanınmışlara yaxınlaşdı, söhbətləşdi. Həmin gündən o mənim üçün adi insan oldu. Küçədə görsəm, sadəcə, tanış kimi salam verəcəm. Amma rəfiqə, dost olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/361488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR