Coğrafiya fakültəsində yeni layihə reallaşdırılır

Coğrafiya fakültəsində yeni layihə reallaşdırılır
17:58 7 Avqust 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsində "Azərbaycanda pilot çay hövzələri üzrə ekoloji axımın qiymətləndirilməsi üçün müasir metodologiyanın işlənməsi" adlı layihə reallaşdırılır.
BDU-dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi Azərbaycan çaylarında ekoloji axımı təyin etmək üçün metodologiyanın işlənməsi və onun su ehtiyatlarının idarə edilməsinə inteqrasiya olunmasıdır.
Layihədə seçilmiş çay hövzələri üçün mövcud hidroloji baza hazırlanacaq, müxtəlif çay tipləri üçün çay axımı-ekosistem əlaqələri müəyyənləşdiriləcək və ekoloji axımı təyin etmək üçün metod təklif olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cografiya_fakultesinde_yeni_layihe_reallasdirilir-876111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR