Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib
14:33 26 Yanvar 2015
248 Ölkə
Ölkə mətbuatı
A- A+


Göygöl, 26 yanvar, AzərTAc
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AzərTAc xəbər verir ki, növbəti belə qəbul yanvarın 26-da Göygöl Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova respublikamızın qərb bölgəsinin - Gəncə, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Naftalan rayonlarının sakinlərini və Kəlbəcərdən olan məcburi köçkünləri qəbul edərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda 30 nəfərdən artıq vətəndaş əlil uşaqların müalicəsi, övladlığa verilmə, gənc ailələrə yardım, erkən nikahlar və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara kömək, eləcə də uşaq hüquqlarının müdafiəsi ilə bağlı müraciətlər edib.
Komitə sədri hər bir vətəndaşı diqqətlə dinləyərək bəzi müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aile_Qadin_ve_Usaq_Problemleri_uzre_Dovlet_Komitesinin_sedri_Goygolde_vetendaslari_qebul_edib-827492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR