x
Loading...

Goranboyda meşədə yanğın olub

Goranboyda meşədə yanğın olub
17:32 7 Avqust 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 14 radələrində Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 50 sot ərazini əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR