Dünya və olimpiya çempionları həbs edilmiş uşaqlarla

Dünya və olimpiya çempionları həbs edilmiş uşaqlarla
14:34 26 Yanvar 2015
257 Sosial
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə müəssisəsində Azərbaycan Gəncləri Günü ilə bağlı geniş tədbir keçirilib.

 

Lent.az-ın Penitensiar xidmətə istinadən verdiyi məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir məhkumların asudə vaxtlarının səmərəli təşkili, idmana maraqlarının artırılması və sağlam həyat tərzinin aşılanması məqsədi ilə keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, Penitensiar xidmətin məsul əməkdaşları, sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında olimpiya, avropa və dünya çempionları və tanınmış incəsənət ustaları iştirak ediblər.


Məlumatda bildirilir ki, qonaqlar tərbiyə olunanlar qarşıısında çıxış edərək, onlara verilən sualları ətraflı cavablandırıblar. Müğənnilər Mübariz Həşimov, Əhməd Mustafayev və Aysel Əlizadə maraqlı konsert proqramı təqdim ediblər. Tədbirin sonunda qonaqlar tərəfindən gətirilən hədiyyələr yeniyetmələrə təqdim olunub.

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR