Zooloqlar elmə məlum olmayan çox təhlükəli qurbağalar aşkarlayıblar

Zooloqlar elmə məlum olmayan çox təhlükəli qurbağalar aşkarlayıblar
18:58 7 Avqust 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Braziliya alimləri dünya elminə məlum olmayan iki zəhərli qurbağa aşkarlayıblar.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, bu sarıdərili qurbağalar “Corythomantis greeningi” və “Aparasphenodon brunoi” adlanır. Braziliyanın tropik meşələrində yaşayan həmin qurbağaların zəhərinin ilan zəhərindən 25 dəfə güclü olduğu aşkar edilib. Suda-quruda yaşayan bu heyvanlarda həm də öz zəhərlərini potensial qurbanlarının bədəninə çatdırma mexanizmi var.
Ekspedisiya zamanı alimlər laboratoriya şəraitində siçanların üzərində təcrübə aparıblar və dünya elmində yenilik hesab edilən həmin qurbağaların çox təhlükəli olduğu müəyyənləşdirilib.
Yeni tapılan qurbağalar barədə “Current Biology” jurnalında elmi məqalə dərc edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zooloqlar_elme_melum_olmayan_chox_tehlukeli_qurbagalar_askarlayiblar-876132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR