x
Loading...

Müəllimlərin maaşı 4 dəfə arta bilər

Müəllimlərin maaşı 4 dəfə arta bilər
18:11 7 Avqust 2015
209 Digər
Ölkə mətbuatı
A- A+

"Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir." ANS PRESS-in məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov ANS TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər: "Əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə "bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram" fikri ilə yanaşır."


Mikayıl Cabbarov - təhsil naziri


Onun sözlərinə görə, abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub: "Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk."

Hazırda Azərbaycanda müəllimlər orta hesabla 200-250 manat maaş alırlar. Ölkədə orta maaşın 450 manat olduğu nəzərə alınarsa, bu, orta məktəb müəllimlərinin maaşlarının 900 manata qədər artırılması deməkdir. Yəni nazirin dedikləri həyata keçərsə, Azərbaycanda müəllimlərin maaşları 4 dəfəyə qədər arta bilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR