x
Loading...

Bakıda 120 milyon dolların "donu açılacaq"

Bakıda 120 milyon dolların "donu açılacaq"
18:22 7 Avqust 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökuməti İranın ölkəmizdəki 120 mln. ABŞ dolları həcmində dondurulmuş aktivlərini bərpa etməyi planlaşdırır.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Mehr agentliyi ticari-iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmiyə istinadən yayıb.
 
"Azərbaycan nümayəndə heyətinin Tehranda görüşləri zamanı iki ölkə İranın 500 mln. ABŞ dolları həcmində aktivlərinin bloklanmadan azad edilməsi  barədə razılığa gəlinib. Bu aktivlər iki ölkənin ticarətinə yönəldiləcək", - deyə o bəyan edib.  
 
Xatırladaq ki, bir qədər əvvəl agentlik İranın Azəırbaycan hökuməti və Azərbaycan Mərkəzi Bankına Azərbaycanda hesablarda saxlanılan istifadə edilməyən aktivlərin geri qaytarılması ilə bağlı müraciət etdiyi barədə məlumatlar yayıb.
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/361505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR