Bu yağlar sayəsində gənc və gözəl qalacaqsınız

Bu yağlar sayəsində gənc və gözəl qalacaqsınız
19:47 7 Avqust 2015
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən qadınların gözəlliyini və gəncliyini qorumaqda faydalı olan yağların siyahısını təqdim edir.
 
Kətan yağı faydalı olduğuna görə ona "qadın yağı" da deyilir. Kətan yağı maddələr mübadiləsini normallaşdırır, arıqlamağa kömək edir, hormonal fonu bərpa edir, menstruasiya ağrılarını azaldır. Kətan yağı - qiymətli omeqa 3 və omeqa 6 kimi doymamış yağ turşuları mənbəyidir. Diyetoloqlar kətan yağını arıqlamaq üçün qəbul etməyi məsləhət görürlər. O, öz təsirini elə ilk dəfə qəbul edəndən sonra göstərir. Bunun üçün hər səhər 1 çay qaşığı kətan yağı için, günortalar salatlara vurub yeyin. Dəriniz çox həssasdırsa, üzünüzə də sürtə bilərsiniz. 
 
Kakao yağı - dəri sallanması üçün əla profilaktikadır. Bədənə qulluq, eyni zamanda göz ətrafı dəri üçün unikal vasitədir. Yağın tərkibində doymuş və doymamış yağ turşuları var. Onun tərkibindəki stearin, olein turşuları dərinin gəncliyini qorumasında mühüm rol oynayır. Kakao yağı dərini nəmləndirməkdə, qocalma prosesini ləngitmək və qırışları aradan götürməkdə bir nömrəli vasitədir. Yağ dəriyə çox tez hopur və onu mükəmməl şəkildə nəmləndirir. 
 
İtburnu yağı - itburnu yağının unikallığı sallanmış dərini dartmasıdır. Əslində, bu yağ plastik əməliyyat funksiyasını yerinə yetirir. Lakin burada cərrah və onun iti uclu ləvazimatları olmur. Bu yağda C və E vitaminləri kollagenlərin sintezini stimullaşdırır. Daxilə qəbul etdikdə dəri öz-özünə cavanlaşır. 
 
Hindqozu yağı həm saç tökülməsinə, həm saç yanıqlarına qarşı, həm də dəriyə qulluqda çox effektlidir. Hindqozu yağının bu faydaları aparılan təcrübələrdə dəfələrlə sübut olunub. Tərkibi doymuş yağ turşuları ilə zəngin olan yağı dəsmalla kompres etməklə ən ciddi problemləri aradan qaldıra bilərsiniz. Saç diblərini möhkəmləndirmək və yumşaltmaq üçün yağı 20 dəqiqə saxlamaq kifayətdir. Üç prosedurdan dərhal sonra saçlar canlanır və sağlam görünüşünü bərpa edir. Hindqozu yağı tez-tez rənglənən korlanmış saçlara tövsiyə olunur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR