Qazaxda naqil oğruları tutuldu

Qazaxda naqil oğruları tutuldu
19:27 7 Avqust 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxda elektrik naqili oğurlayan şəxslər saxlanılıb. 
 
Milli.Az APA-ya istinadən bildirir ki, Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, Mingəçevir sakini Anar Quliyev Qazax sakini Qələndər Hüseynovla əlbir olaraq Daş Salahlı kəndində Məmməd Abdulkərimova məxsus daş karxanasından dəyəri 5 min manat məbləğində olan 300 metr elektrik naqili və karxanadakı aparatları hərəkətə gətirən mühərriki oğurlayıblar. 
 
Qazax Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR