ABŞ alimləri yüksək sürətli nadir şəbəkə yaradacaqlar

19:58 7 Avqust 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
İfrat yüksək sürətli optik lifli kabellər Qərb sahili Universitetinin laboratoriyalarının klasterini və superkompyuter mərkəzlərini vahid şəbəkədə birləşdirəcək. AZƏRTAC “Newsland”a istinadla xəbər verir ki, Sakit Okean Tədqiqat Platforması adlandırılacaq şəbəkə Milli Elm Fondu tərəfindən ayrılan beş milyonluq qrant çərçivəsində inşa ediləcək.
Nadir şəbəkə fizika, kimya, astronomiya, genetika və digər sahələrdə müxtəlif həcmli hesablamaların dəstəklənməsi üçün çox böyük həcmli məlumat ötürməyə imkan verir. Bu şəbəkə İnternetə qoşulmayacaq. Bunun müqabilində Kaliforniya Universitetinin on kampusu arasında məlumat mübadiləsinin sürəti saniyədə 100 qiqabitə çatacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_alimleri_yuksek_suretli_nadir_sebeke_yaradacaqlar-876166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR