x
Loading...

Roman Qriqorçuk: Avropa Liqasındakı rəqibimizi öyrənəcəyik

Roman Qriqorçuk: Avropa Liqasındakı rəqibimizi öyrənəcəyik
20:38 7 Avqust 2015
60 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
Püşkün nəticələrini çox sakit qarşıladıq. Çünki “Qəbələ” komandasının Avroliqadakı potensial rəqiblərinin adlarını bilirdik. Bizim qrupdakı komandalara baxıb, müəyyən qənaətə gəlmişdik.
AZƏRTAC xəbər verir ki, bu fikri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqası yarışlarının play-off mərhələsi çərçivəsində qarşılaşacaqları Yunanıstanın “Panatinaikos” kollektivi il bağlı danışarkən bildirib.
Ukraynalı baş məşqçi deyib ki, bizim üçün bütün rəqiblər güclüdür. Ona görə hansı komandanın düşəcəyinin heç bir fərqi yox idi. Lakin bu, o demək deyil ki, biz təslim olacağıq. Əgər şansımız varsa, bunun üçün mübarizə aparacağıq. “Panatinaikos”u təhlil etmədiyimiz üçün Yunanıstan klubu haqda məlumatın çox azdır. İndi Premyer Liqanın “Qarabağ” klubu ilə oyununa hazırlaşırıq. Bu qarşılaşma ilə paralel Avropa Liqasındakı rəqibi də öyrənəcəyik. Bəzi komandalar üçün ilk oyunun harada keçirilməsi fərqli rol oynayır. Ancaq mən ilk oyunun səfərdə keçirilməsini üstünlük saymıram.
Qeyd edək ki, “Qəbələ” komandası Kiprin “Apollon” komandasını məğlub edərək tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə onun rəqibi dəfələrlə Yunanıstan çempionu “Panatinaikos” komandası olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roman_Qriqorchuk_Avropa_Liqasindaki_reqibimizi_oyreneceyik-876176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR