Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb

14:47 26 Yanvar 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 14:43 ]


Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

ETSN Milli Hidrometeorologiya Departamentindən APA-ya daxil olan məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-190, Kiçik Qafqazın çaylarında 90-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir. 

 
Yanvarın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib. 


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 48 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.



Yanvarın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Şirvanda isə 2 sm artım qeydə alınıb. 

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 358 sm (2014-cü il yanvarın 26-da 402 sm), Şirvanda 229 sm (2014-cü il yanvarın 26-da 301 sm), Salyanda 184 sm (2014-cü il yanvarın 26-da 255 sm), Bankədə 189 sm (2014-cü il yanvarın 26-da 237 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2014-cü il yanvarın 26-da 175 sm) təşkil edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR