PKK terrorçuları ilə ilə polis arasında olan atışmada iki nəfər ölüb. Bu barədə Türkiyə mediyası yazır. Şırnakın Silopi qəsəbəsində olan atışmada 10 nəfər yaralanıb. Ölənlərin kimliyi hələlik bəlli deyil.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, PKK-nın Türkiyənin cənub-şərqinə hücumu iyulun ortalarından kəskin artıb. İyulun 24-dən Türkiyə İraqın şimalındakı PKK düşərgəsinə hava hücumuna start verib.
PKK-nın 1984-cü ildən başlatdığı aksiyalar nəticəsində indiyədək 40 min adam ölüb.
Milli.Az