Bakı, 7 avqust, Samirə Quliyeva, AZƏRTAC
Avqustun 8-də Moskvada avtobus xəttinin açılmasının 91 illiyi ilə əlaqədar retro avtobusların növbəti paradı keçiriləcək.
AZƏRTAC “travel.ru” saytına istinadən xəbər verir ki, paradda ötən əsrdə paytaxtda fəaliyyət göstərən avtobuslar, minik maşınları və yük maşınları nümayiş olunacaq. Parad səhər saat 11-dən 14-dək paytaxtın akademik Saxarov prospektində baş tutacaq.
Sərgidə eksponatlar arasında ötən paradlarda iştirak etməyən “ПАЗ-651 "Рица" və “ЛиАЗ-677Б” avtobusları ilə yanaşı, “ЗиС-8”, “ЗиС-154”, “ЗиЛ-158”, “ЛиАЗ-677”, “Икарус-55”, “Икарус-180” və başqa modellər də nümayiş olunacaq.