x
Loading...

Türkləri partlatmaq istəqən terrorçu özü partlayıb (VİDEO)

Türkləri partlatmaq istəqən terrorçu özü partlayıb (VİDEO)
22:16 7 Avqust 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

PKK ilə atəşkəs razılaşmasının aradan qaxdığı gündən bəri Türkiyədə terror dalğası davam edir. Növbəti qanı hücumlar, növbəti itkilər. Bu ölkədən gələn həyəcanlı xəbərlər ara vermir.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, iyulun 13-dən bəri Türkiyəyə PKK silahlı hücumlarını davam etdirir. Və hər keçən gün gərginlik daha da atır.

Sirnakın Silopi bölgəsində PKK tərəfdarları polisin ara küçələrə keçidinə mane olmaq istəyiblər. Silahlı qarşıdurma zamanı üç nəfər ölüb, bir polis isə ağır yaralanıb.

Bir neçə terrorçu qumbaraatanlardan polis zirehli texnikasına atəş açıb. Şəxsi heyət daşıyıcısının içində olan iki nəfər polis zabiti yaralanıb.

Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Genişmiqyaslı əməliyyatlar nəticəsində bir neçə terrorçu ələ keçirilib.

Hakkari-Çuxurca avtomagistralında isə partlayış baş verib. Bir nəfər yolda partlayıcı qurğu quraşdırmağa çalışarkən, ehtiyatsızlıqdan özünü partladıb. Partlayış dalğasından terrorçu yerindəcə həlak olub.

Təhlükəsizlik qüvvələrini potensial terrorçu hücumundan qorumaq üçün havaya hərbi helikopter qaldırılıb.

Yerində aparılan araşdırmadan sonra Hakkari-Çuxurca yolunda nəqliyyatın hərəkəti bərpa edilib.

Mardində isə bir qrup etirazçı yollarda xəndəklər qazıb, barikadalar quraraq, nəqliyyatın hərəkətinə mane olmağa çalışıb. Hadisə yerinə getirilən ağır texnika polis mühafizəsi altında xəndəkləri dolduran zaman, bəzi etirazçılar polis qüvvələrinə odlu silahla hücum edib. Təhlükəsizlik qüvvələrinin cavab atəşi açmasından sonra bölgədə silahlı toqquşma yaranıb.

Bu gün səhər saatlarında İstanbulda da həyəcanlı anlar yaşanıb. Polis avtomobilinin içərisinə yerləşdirilən partlayıcı qurğu olduğu məlumatı verilib.

Məlumata görə, partlayıcı yerləşdirilmiş avtomobil İstanbul boğazında partladılacaqmış.
Polisin İstanbul boğaz körpüsündə saatlarla davam edən genişmiqyaslı əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində iki pakistan vətəndaşın avtomobillərində şübhəli əşyalar olduğu üçün həbs edilib .


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR