Məşhur azərbaycanlı iş adamı vəfat etdi

Məşhur azərbaycanlı iş adamı vəfat etdi
23:27 7 Avqust 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamaı Salih Aras dünyasını dəyişdi.

Milli.Az anspress-ə istinadən bildirir ki, uzun müddət müalicə olunan iş adamı Qars şəhərində yerləşən Qafqaz Universitetinin xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Salih Aras İqdır şəhərinin keçmiş bələdiyyə başçısı Nurettin Arasın böyük qardaşıdır. Gənc yaşlarından parlaq türk millətçisi olan Salih Aras 1990-cı illərdə Azərbaycanın istiqlal uğrunda apardığı mübarizəyə dəstək vermiş, Almaniyanın azərbaycanlı və türk icmasından Azərbaycana böyük maliyə dəstəyi təşkilində önəmli rol oynayıb.

Aras aiələsi 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycanın Qəmərli bölgəsindən İqdıra köçməyə məcbur olub. Salih Arasın oğlu Murad Aras atasının yaratdığı şirkətdə rəhbər vəzifədə çalışır.

Allah rəhmət eləsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR