x
Loading...

Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Çinə dəvət olunub

Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Çinə dəvət olunub
22:38 7 Avqust 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 7 avqust, AZƏRTAC
Gürcüstanda “Maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Elçiyev-Budaqlı Çin Xalq Respublikasına dəvət alıb.
O, avqustun 10-dan 19-dək Çində yeni rekorda imza atacaq, əlindəki bionerji ilə əlaqədar çinli alimlərlə görüşəcək.
E.Elçiyev-Budaqlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Mən bədənimdə müxtəlif metal məmulatları saxlamaq, sinəsinə yapışan metal üzərində 60-70 kiloqram çəkidə insanı oturtmaq və hər biri 1100 kiloqram olan iki minik avtomobilini dartmaqla yeni rekordlar qazanmışam. Adım artıq Ginnesin rekordlar kitabına daxil olub. Mən həmçinin bioloji təbabətlə məşğulam. Bu da çinli mütəxəssislərin diqqətini cəlb edib. Çində mən bədənimə yeni metal hissələr, 18 kiloqram ağırlığında dəmir lövhə yapışdıracağam, iki minik avtomobilini bir neçə metr dartacağam. Eyni zamanda, Tibetli alimlər, həkimlərlə görüşəcəyəm”.
E.Elçiyev-Budaqlı Çin səfərinə ciddi hazırlaşır.
“Qafqaz Dünya Rekordları Federasiyası”nın baş katibi Şota Keldişvili bildirib ki, E.Elçiyev bu günədək Almaniya, Fransa, İngiltərə, Türkiyə, Rusiya və başqa ölkələrdə öz bacarığını nümayiş etdirərək bir neçə rekorda imza atıb.
E.Elçiyev həm də bioloji təbabətlə məşğuldur. Bədənindəki və əlindəki bioenerji hesabına bir sıra xəstəlikləri müalicə edib.
İndi çinli alimlər və şou əhli Etibarı Çinə dəvət ediblər. İnanırıq ki, Etibar Elçiyev-Budaqlı Çində yeni rekordlara imza atacaq, bioenerjisi ilə dünyanı heyran qoyacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanda_Maqnit_adam_leqebi_ile_taninan_azerbaycanli_idmanchi_CHine_devet_olunub-876194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR