Gəlmə kəndinin balaca sakinləri üçün “ev”

00:13 8 Avqust 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 8 avqust, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına müvafiq olaraq Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik uşaq bağçası-körpələr evi inşa olunacaq.
Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kəndin balaca sakinlərinə gözəl hədiyyə olacaq uşaq bağçası-körpələr evinin tikintisi üçün hazırlıq işləri artıq başa çatdırılıb. Belə ki, münasib torpaq sahəsi ayrılıb, layihə smeta sənədləri hazırlanıb, inşaatçılarla müqavilə bağlanıb.
Yaxın vaxtlarda inşasına başlanacaq binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazimi şərait yaradılacaq.
 
 
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelme_kendinin_balaca_sakinleri_uchun_ev-876195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR