4 azərbaycanlı gəncin böyük mükafatı (VİDEO)

4 azərbaycanlı gəncin böyük mükafatı (VİDEO)
01:31 8 Avqust 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Onurğa sutunundan əziyyət çəkənlər bundan sonra azərbaycanlı tələbələrin kəşfindən yararlana biləcək. Çünki artıq onların layihələrinin reallaşdırılması üçün dövlət də öz dəstəyini əsirgəməyəcək. İxtiraları ilə Amerika Birləşmiş Ştatlarında “Micrasoft” Kooperasiyasının mükafatına layiq görülən gəncləri Rabitə və Yüksək Texnologiyalar naziri də qiymətləndirdi.

ANS TV-nin məlumatına görə, yaratdıqları yeni cihazla “Microsoft” Kooperasiyasının mükafatına layiq görülən 4 Azərbaycanlı gəncin uğuru Rabitə və Yüksək Texnologiyalar Nazirliy inin də diqqətindənt kənrada qalmadı.

33 komanda arasında II yeri tutan gənclərimizi nazir Əli Abbasov da təltif etdi.

Artıq nazirliyin yeni layihə ilə bağlı tədbirlər planı da var. Məsələn, gənclərin layihəsinin satışa cıxmamışdan öncə patent hüququnun alınması və maksimum səviyyəyə qədər təkmilləşdirilməsi nəzərdə tutulur.

Onurğa sütunu problemlərinin yaranmasının qarşısını almağı hədəfləyən cihaz gələcəkdə potentləşdirilib, satılacaq. Gənclərin yeni nailiyyətinə dəstək məqsədilə onlara bəzi imtiyazlar da veriləcək.

“Onlar üçün xüsusi iqtisadi zonaların, yəni texniki parkların yaradılması, onların vergidən, gömrükdən azad olunması, yaxşı maliyyə resurslarına çıxışlarının təmin olunmasına çalışırıq. Eyni zamanda biznesmenlərlə bu gənclər arasında əlaqələrin qurulması, onlara bu sahəyə investisiya qoyulması üçün çox vacib olan məsələlər üzərində biz işləyirik”, - deyə Əli Abbasov bildirib.

Azərbaycan gənclərinin ixtirası insan organizminin anatomik standartlarına uyğun yox, fərdin və şəxsi göstəriciləri əsasında işə başlayır. Hər hansısa bir balans dəyişikliyi yarandıqda isə çiyinlərə yerləşdirilmiş xüsusi ötürücülər vasitəsilə mobil xəbərdarlıq olunur.

Məhsulun həm tibb sahəsini, həm də yeni texnalogiyaları özündə cəmləşdirməsi, ona olan təlabatın yüksək olacağını prognozlaşdırmağa imkan verir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR