6 aya 418 nəfər zəhərlənib (VİDEO)

6 aya 418 nəfər zəhərlənib (VİDEO)
02:16 8 Avqust 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 6 ayı ərzində 331qida zəhərlənməsi faktı qeydə alınıb. Bundan 418 nəfər zərər çəkib. 11 botulizm zəhərlənməsi olub ki, bundan da 17 nəfər zərər görüb, 1 isə nəfər dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, təkcə iyun ayı ərzində baş verən 37 qida zəhərlənməsi hadisəsi nəticəsində isə 43 nəfər zərər çəkib. Ən çox zəhərlənmə hadisəsi ev şəraitində hazırlanan məhsullardan olub.

Gigiyena qaydalarına düzgün əməl edilməməsi səbəbindən tez-tez zəhərlənmə hallarina rast gəlinir. Həmçinin qidaların hazırlanması və onların soyuq yerdə saxlanılmaması səbəbindən bu cür hallar qeydə alınır.

Gigiyena və epidemiologiya mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, İnsanların bu işdə məsuliyyətsizliyi də qaçılmazdır. Ev şəraitində hazırlanan konserv məhsullarından zəhərlənənlərin sayı az deyil:

“Zəhərlənmə zamanı qida qalığının təqdim edilməsi mütləq şəkildə vacibdir. Bu zaman, yəni zəhərlənən şəxs günahlandırılmır və ona qarşı heç bir tədbir görülmür. Sadəcə olaraq vətəndaşlar bu hadisələrdən bir qədər kənar durmağa çalışırlar. Məhz buna görə də onlar qida qalıqlarını təqdim etmək istəmirlər”.

Çünki insanlar nə yeyib içdiklərinə belə baxmırlar. Necə gəldi məhsulları qəbul edirlər. Bu isə çox vaxt zəhərlənmə ilə nəticələnir”.

Şöbə müdiri insanları tez xarab olan məhsullardan istifadə etməməyə çağırdı. Çünki bu yolla ölüm hallarının olması da qaçılmazdır: “Bəzi hallarda vətəndaşlar aldıqları qidanın haradan əldə etdiklərini gizlədirlər”.

Odur ki, əgər sizdə sağlamlığınızı düşünürsünüzsə, o zaman nə yeyib içdiyinizə fikir verməlisininz. Əks halda son gedəcəyiniz yer xəstəxana ola bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=357420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR