Azərbaycan boksçuları Dünya Kubokuna qatılacaqlar

Azərbaycan boksçuları Dünya Kubokuna qatılacaqlar
02:24 8 Avqust 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan boksçuları dekabrın 9-da Rusiyanın paytaxtı Moskvada start götürəcək Dünya Kubokuna dəvət alıblar.

Bu haqda Lent.az-a Boks Federasiyasının prezidenti Ağacan Abiyev məlumat verib.

Onun sözlərinə görə, bir həftə davam edəcək yarışa 4 boksçumuz çağırılıb. Lakin 2007-ci il dünya çempionatının və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçıları Samir Məmmədovla (51 kq) Şahin İmranov (57 kq) yorğunluq və zədə səbəbindən Moskvaya yollanmaqdan imtina ediblər. Bu səbəbdən, Dünya Kubokunda cəmi 2 boksçumuz – Famil Süleymanov (60 kq) və Elçin Əlizadə (91 kq) qüvvəsini sınayacaq.

Elşən Məmmədov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR