Dünya çempionatında 6 qızıl, 1 bürünc medal

Dünya çempionatında 6 qızıl, 1 bürünc medal
02:24 8 Avqust 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Səfər Əbiyev: “İşğalçı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan bu qələbəsi ilə Silahlı Qüvvələrimizin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu nümayiş etdirdi”

Heydər Əliyev adına İdman-Konsert Sarayında keçirilən hərbçilərin boks üzrə 52-ci dünya çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda çıxış edən Azərbaycan yığmasının 11 üzvündən 7-si mükafatçılar sırasına düşüb.

Boksçularımızdan Ceyhun Abiyev (48 kq), Rəhim Nəcəfov (51 kq), Elşən İsmayılov (57 kq), Rahib Bəylərov (75 kq), Elnur Qədirov (81 kq) və Elçin Əlizadə (91 kq) qızıl, Emil Məhərrəmov (69 kq) isə bürünc medal qazanıblar.

Ümumi hesabda Azərbaycan 19 ölkə arasında I olub. Bağlanış mərasimində çıxış edən dünya çempionatının Təşkilat Komitəsinin sədri, müdafiə naziri Səfər Əbiyev deyib: “İşğalçı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan bu qələbəsi ilə Silahlı Qüvvələrimizin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu nümayiş etdirdi”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/13142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR