Bakıda dönərxanalar bağlandı (VİDEO)

Bakıda dönərxanalar bağlandı (VİDEO)
03:11 8 Avqust 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi dönərxana sahibləri və işçiləri öz işini halallıqla gördüyü zaman, aralarında nöqsanlara yol verənlərin sayı da az deyil. Məhz sonuncuların dırnaqarası fəaliyyəti Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən aşkar olunub.

ANS TV-nin məlumatına görə, aparılan araşdırmalar nəticəsində bir neçə dönər müəssisəsi bağlanıb. Səbəb isə artisanitar vəziyyətin olması olub. Hazırda isə hələ də yoxlamalar davam edir.

Ötən ay Bakıda 30-a yaxın iaşə obyekti, o cümlədən dönərxana və ət kəsimi yerləri cərimələnərək bağlanıb. İlin bütün fəsillərində sözügedən obyektlərdə yoxlamalar aparıldığını deyən gigiyena və epidemiologiya mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirdi ki, yay mövsümündə reydlər daha çox həyata keçirilir. Nöqsanlar da elə bu reydlər zamanı aşkarlanır.

Əvvəlcə bu cür obyektlərə nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq edilir. Amma təəssüf ki, buna əməl edənlər çox azdır. Belə hallarda isə həmin müəssisələr 100-200 manat miqdarında cərimələnirlər.

“Dönərxanalarda gigiyena qaydalarının kobud şəkildə pozulur. Eyni zamanda dönərxanalarda satışda olan ətin mənşəyinin məlum olmaması, yəni ətin keyfiyyətilə bağlı hər hansı bir sənədin təqdim olumaması, eləcə də qanunsuz olaraq toyuq dönərinin satışının həyata keçirilməsidir. Məhz bu səbəbdən də qurum tərəfindən onlara qarşı lazımi tədbirlər görülüb”, - deyə İmran Abdullayev qeyd edib.

Qurum rəsmisi onu da vurğuladı ki, iaşə obyektlərində nöqsanların aradan qaldırılması üçün ictimai qınaq da olmalıdır. İnsanlar hər hansı bir obyektdə nöqsan görərlərsə, oradakı xidmətdən imtina etsə və həmin müəssisə müştərisini qaçırmamaq üçün yenidən səhv etməz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR