79 yaşlı sakin itkin düşüb (VİDEO)

79 yaşlı sakin itkin düşüb (VİDEO)
03:56 8 Avqust 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

79 yaşlı Nəbiyev İkram Məhəmməd oğlu itkin düşüb.

Gədəbəy Rayon Polis İdarəsindən ANS TV-yə verilən məlumata görə, rayonunu Kiçik Qaramurad kənd sakini 79 yaşlı Nəbiyev İkram Məhəmməd oğlu 30 iyul 2015-ci il tarixində gündüz saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nəbiyev İkram Məhəmməd oğlunun əlamətləri: uca boylu, arıq bədən quruluşlu, saçları ağ, başının alın nahiyyəsi keçəl, sağ gicgahında təbii xalı var.

Evdən çıxarkən əynində tünd şabalıdı kostyum, kepka tipli papaq, ayağında açıq rəngli yay ayaqqabısı olub.

Nəbiyev İkram Məhəmməd oğlunu görənlərdən və ya hər hansı bir məlumatı olanlardan 051-912-28-59 və 051-350-60-90 mobil nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR