4 nəfər dəm qazından zəhərləndi: ölən var

4 nəfər dəm qazından zəhərləndi: ölən var
14:56 26 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində üç nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 24-də baş verib.

Belə ki, Gəncə şəhərində yaşayanlar - Yeganə Muradova, yanvarın 26-da Zaur Məmmədov və Elşən Dəmirli dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Digər bir zəhərlənmə faktı Bakıda qeydə alınıb. Yanvarın 25-də baş verən hadisə zamanı Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Şəbnəm Hacıməmmədova evində dəm qazından zəhərlənərək ölüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR